Çox işləməyin inanılmaz zərərləri ortaya çıxdı
Uzun saat işləyən və çox iş görən işçilərdə, həddindən artıq iş yükünə məruz qalmayanlara nisbətən ürək aritmiya problemlərinin inkişaf riski 83% daha yüksəkdir.
Sehiyye.info xəbər verir ki, bu, Amerika Ürək Dərnəyinin Jurnalında təqdim edilən araşdırmada qeyd edilib.
Mütəxəssislər ofis şəraitində işləyən 6 minə yaxın işçinin tibbi sənədlərini nəzərdən keçiriblər. Məlum olub ki, həddindən artıq iş və aşağı əməkhaqqı nəticəsində yaranan stress atrial fibrilasiyanın inkişaf riskini artırır ki, bu da insult, ürək çatışmazlığı və ya digər ürək-damar ağırlaşmalarına səbəb ola bilər.
Bundan əlavə, qeyri-müntəzəm saatlarda işləyən və aşağı əmək haqqı alanlarda bu cür patologiyaların inkişaf riski 97% daha çoxdur.//publika