sehiyye.info

Qəbələdə baş verən kütləvi zəhərlənmənin TƏFƏRRÜATLARI

Qəbələdə baş verən kütləvi zəhərlənmənin TƏFƏRRÜATLARI
Ötən gün toydan sonra kütləvi zəhərlənmə olub. 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Sehiyye.info xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndində qeydə alınıb.

Məlumata görə, kənddəki restoranların birində keçirilən toydan sonra iştirakçıların halı pisləşib və xəstəxanaya kütləvi müraciət olub. TƏBİB-dən bildirilib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər, 21 kişi, 34 qadın olmaqla qida zəhərlənməsi şübhəsilə müraciət edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.//xezerxeber



REKLAM