Qəzzada uşaqlar arasında dəri xəstəlikləri yayılır
Qəzzada fələstinli uşaqlar arasında dəri xəstəlikləri yayılır.
Sehiyye.info xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edərkən, bölgədə təmiz su və gigiyena olmaması həyati təhlükə yaradır. Çökən kanalizasiya sistemi və küçələrə yığılan tonlarla zibil bölgədə ciddi gigiyena problemlərinə səbəb olub. Evlərini tərk edərək izdihamlı düşərgələrdə yaşayan fələstinlilər dəhşətli şəraitdə sağ qalmağa çalışırlar.
Bombalar altında böyüyən uşaqlar gigiyena problemləri içində dəri xəstəlikləri ilə də mübarizə aparır.
Bölgənin şimalındakı Kamal Advan Xəstəxanasının sözçüsü Vissam Al Sakani deyib:
"Uşaqların immuniteti çox aşağıdır. İmmuniteti gücləndirən tərəvəz, meyvə və ətin olmaması xəstəliklərin yayılmasına səbəb olur. Xəstəxanaya gələn yüzlərlə uşaq və qadının vitiliqo, qaşınma və digər dəri xəstəlikləri ilə mübarizə aparır. Dəri xəstəliklərini müalicə edən dərmanların təcili gətirilməlidir”.
Əl Sakani əlavə edib ki, İsrailin hücumları səbəbindən xəstəxanada yalnız bir dermatoloq qalıb.//bakupost