İnfarkt riskini necə bilmək olar ?
İsveç alimləri infarkt keçirmə riski yüksək olan insanları tez bir zamanda müəyyən edə bilən sorğu anketi yaradıblar.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,anket 14 sualdan ibarətdir: cavablar beş dəqiqədən səkkiz dəqiqəyə qədər davam edəcək. Suallar yaş, cins, çəki, bel ətrafı, siqaret, yüksək qan təzyiqi, ailədə ürək-damar xəstəlikləri, yüksək qan yağları və diabet kimi faktorları əhatə edir.
Bir araşdırmaya görə, ev testi ürək xəstəliyi riski yüksək olan insanların 65%-ni müəyyən edə bilər.
Nəticələr göstərir ki, evdə apardığımız test qan testləri və qan təzyiqinin ölçülməsi ilə klinik müayinə qədər dəqiqdir.
İndi alimlər testi əhalinin bütün təbəqələri üçün geniş şəkildə əlçatan etmək üçün çalışırlar.
Ən əsas bunları nəzərə alın:
Sinə arxasında kəskin ağrı.
Ümumi zəiflik.
Başgicəllənmə və huş itirmə.
Əl və ayaqların soyuq olması da qan dövranının zəif olduğunu ifadə edir.Bu damarların sıxılması ilə əlaqədərdir.