sehiyye.info

Ehtiyatlı olun: Qərb pəhrizləri xərçəng riskini artırı

Ehtiyatlı olun: Qərb pəhrizləri xərçəng riskini artırı
İrlandiya Universitetinin alimləri müəyyən ediblər ki, Qərb pəhrizləri iltihablı bağırsaq xəstəliyi və kolorektal xərçəngin inkişaf riskini artırır.
Sehiyye.info xəbər verir ki, araşdırmanın nəticələri “Nature Reviews Microbiology” jurnalında dərc olunub.

Araşdırma altı ümumi pəhrizi əhatə edir və onların bağırsaq mikrobiomuna təsirlərini təhlil edir. Məlum olub ki, mikrobiomun balansının dəyişdirilməsi ümumi sağlamlığa təsir edir, bu, xüsusilə yüksək yağ və şəkər tərkibi ilə xarakterizə olunan Qərb pəhrizlərində nəzərə çarpır.


Tədqiqatçılar liflə zəngin Aralıq dənizi pəhrizinə, bitki əsaslı pəhrizə, yüksək proteinli pəhrizə, həmçinin ketogenik və Qərb pəhrizlərinə baxıblar.

Bu pəhrizlərin hər birinin qısa zəncirli yağ turşuları kimi molekulların istehsalına təsir edərək bağırsaq mikrobiomunun tərkibini və funksionallığını əhəmiyyətli dərəcədə dəyişdiyi aşkar edilmişdir.//lent.az



REKLAM