sehiyye.info

Həkim şəkərdən daha təhlükəli 3 məhsulun adını AÇIQLADI

Həkim şəkərdən daha təhlükəli 3 məhsulun adını AÇIQLADI
Şəkərin orqanizm üçün əsl “zəhər” olduğu barədə artıq hamı məlumatlıdır. Ancaq bəzi qidalar sağlamlığımıza şəkərdən daha çox zərər vura bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya müsahibəsində endokrinoloq Ancela Tolmasova danışıb.

O, karbohidratları və yağları birləşdirən, əlavə olaraq da duz və şəkər ehtiva edən qidaalrın çox təhlükəli olduğunu bildirib.

“Ən pis seçim emal olunmuş ət məhsullarıdır (bekon, kolbasa, sosis və s). Onları yağsız zülallar, meyvələr, tərəvəzlər, göyərti, çərəz və toxumlarla əvəz etmək lazımdır. İşlənmiş qidalar piylənməyə səbəb olur”.

Həkim bu cür qidaları menyudan çıxarmaq üçün əsas 3 səbəbi açıqlayıb:

“Birincisi, ürək və qan damarlarına zərər verir, təhlükəli xəstəliklərə səbəb olurlar.

İkincisi, belə qidalar qan təzyiqi və yüksək xolesterol ilə əlaqələndirilir.

Üçüncüsü isə emal edilmiş ət məhsulları kanserogenlər kimi təsnif edilir. Məsələn, hisə verilmiş kolbasanın müntəzəm istehlakı xərçəngə tutulma riskini artırır”.

O, qida rasionunda ağ çörəyin, şəkərli və qazlı içkilərin, eləcə də “fast food”ların olmasının da narahatlıq yaratdığını bildirib:

“Qazlı içkilər artıq çəki, piylənmə; ağ çörək diabet; kartof qızartması isə ürək üçün əlavə risklərlə əlaqələndirilir”.

Endokrinoloq alkoqolun da sağlamlıq üçün böyük risk yaratdığını qeyd edib. O, spirtli içkilərdən tamamilə imtina etməyə hazır olmayanlara hələlik alkoqolsuz və ya az alkoqollu şərablar, eləcə də pivə ilə kifayətlənməyi məsləhət görüb:

“Nə qədər az spirt içsək, bir o qədər yaxşıdır. Bu, qaraciyərin və mədəaltı vəzin yükünü azaldacaq".

Ancela Tolmasova vurğulayıb ki, zərərli qidaları tamamilə qadağan etmək deyil, daha sağlam və aşağı kalorili qidalara üstünlük vermək vacibdir.

“Mütəxəssislər tez-tez pəhrizdə lifin faydalarını xatırladırlar. Lifin çatışmazlığı bağırsaqlarda pozğunluqlara səbəb olur. Əgər kifayət qədər lifli qidalar yeyirsinizsə və çoxlu su içirsinizsə, orqan disfunksiyası ehtimalınız əhəmiyyətli dərəcədə azalacaq”, - deyə həkim nəzərə çatdırıb.//Medicina.az



REKLAM