sehiyye.info

Xərçəng hallarının 40 faizi pis vərdişlərlə bağlıdır – Yeni araşdırma

Xərçəng hallarının 40 faizi pis vərdişlərlə bağlıdır – Yeni araşdırma
Amerika Xərçəng Cəmiyyəti (ACS) ABŞ-da xərçəng hadisələrinin 20 faizindən və xərçənglə bağlı ölümlərin isə təxminən 30 faizindən siqaretin məsul olduğunu açıqlayıb.

Bildirilir ki, hər 10 xərçəng hadisəsindən 4-ünün, eləcə də 30 və daha yuxarı yaşlı amerikalılar arasında xərçəng səbəbli ölümlərin təxminən yarısının qarşısı siqareti tərgitmək və ya arıqlamaq kimi həyat tərzi dəyişiklikləri ilə alına bilər.

Sehiyye.info medicina.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "A Cancer Journal for Clinicians"da dərc edilib.
Məqalənin müəllifi Dr. Fərhad İslami 2019-cu ildə 169 800-dən çox amerikalının siqaretdən ölməsinin dəhşətli olduğunu söyləyib. Doktor xüsusilə gənclər arasında piylənmə ilə əlaqəli bəzi xərçəng növlərinin artdığını da qeyd edib.

Onun sözlərinə hörə, 2019-cu ildə 30 və daha yuxarı yaşda olan amerikalılar arasında 1,78 milyon xərçəng hadisəsi və 595,700 xərçənglə əlaqəli ölüm qeydə alınıb.

Tədqiqatçılar tütün və alkoqol istifadəsi, piylənmə, qırmızı ət istehlakı, fiziki hərəkətsizlik kimi pis vərdişlərin və ultrabənövşəyi şüalara məruz qalma kimi riskli davranışların 30 xərçəng növünə səbəb olduğunu təxmin edirlər.

Alimlər xərçəng xəstəliyinə ən çox səbəb olan amilləri belə sıralayıblar:



- Siqaret çəkmək

- Artıq çəki

- Spirtli içkilər

- Ultrabənövşəyi şüalar

- Fiziki hərəkətsizlik

Bildirilib ki, qarşısı alına bilən xərçəng növlərinə uşaqlıq boynu xərçəngi, dəri xərçənglərinin 80 faizindən çoxu, ağciyər xərçəngi, kolon xərçəngi və sidik kisəsi xərçəngi daxildir.//milli.az



REKLAM