sehiyye.info

Dişlər üçün ən zərərli məhsullar hansılardır?

Dişlər üçün ən zərərli məhsullar hansılardır?
Müəyyən qidaları yemək diş sağlamlığı üçün xüsusilə zərərlidir.
Sehiyye.info xəbər verir ki, bunu diş həkimi Vyaçeslav Minko news.ru-ya müsahibəsində deyib.
Minkonun fikrincə, insan konfet yedikdə şəkər uzun müddət dişlərlə qarşılıqlı əlaqədə olur ki, bu da onlar üçün çox zərərlidir:
“Karamelləri dişləsəniz, iti kənarları diş ətinizə xəsarət yetirə və ya minanı cıza bilər. Fındıq, tum, kraker, quru meyvələr də minaya zərər verə bilər”.
Həkim qeyd edib ki, şirin qazlı içkilər də dişlər üçün təhlükəlidir:
“Onların zərərini azaltmaq üçün belə içkiləri “truboçka” vasitəsilə içmək lazımdır. Sitrus meyvələri və təzə sıxılmış şirələr diş minası üçün yaxşı deyil, çünki tərkibində çoxlu turşu var”.
Bundan əlavə, həkim kofe içkilərinin həddindən artıq istehlakı barədə xəbərdarlıq edib.//yeniavaz



REKLAM