sehiyye.info

3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?

3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasının direktoru işdən azad olunub.
Sehiyye.info xəbər verir ki, bakupost.az –ın əldə etdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov, hər ikisi vəzifəsindən istefa verib.
Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalov da istefa ərizəsini yazıb.
Onların istefa səbəbi hələlik məlum deyil.



REKLAM