sehiyye.info

Səhiyyə fədaisi Rafail Kərimov

Səhiyyə fədaisi Rafail Kərimov
İyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günüdür.
Bu münasibətlə Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim kardioloq Rafail Kərimov "Səhiyyə Fədaisi" medalı ilə təltif olunub.
Eyni zamanda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyən dəyərli ziyalı olaraq "Heydər Əliyev " medalına da layiq görrlüb.
Xatırladırıq ki, Rafail Kərimov 1963-cü ildə Bakı şəhərində anadan olub.1980- cı ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub.1986-cı ildə Universiteti bitirdikdən sonra terapiya üzrə internatura keçib.1987-ci ildən həkimlik fəaliyyəti ilə məşğuldur.Bir müddət həkim kardioloq olaraq Sumqayıt şəhərində çalışıb.1990-cı ildən Azərsutikinti Xəstəxanasında kardioloq olaraq fəaliyyətini davam etdirib.2019-cu ildən həmin xəstəxanada şöbə müdiri işləyib və hazırda Nizami Tibb Mərkəzində Terapiya şöbəsinin müdiridir.
2012-ci ildə Münhen,2013-cü ildə Amsterdam,2014-cü ildə Barselona,2015-ci ildə Londonda Avropa Kardioloqlar Cəmiyyətinin konqresində iştirak edib.
Həkimi redaksiya adından təbrik edirik.
Səhiyyə fədaisi Rafail Kərimov



REKLAM