sehiyye.info

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti cavanlardır

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti cavanlardır
Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Əməliyyatdan sonra onların görmə qabiliyyəti bərpa olunur, kosmetik defektlər aradan qaldırılır.

Sehiyye.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-transplantoloqu Fərəh Abduləliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Cərrah-transplantoloq bildirib ki, ötən həftə mərkəzdə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb.



REKLAM