sehiyye.info

Qohum evliliyi xəstəlikləri artırdı: Cütlüklərdən DNT testi tələb olunacaq?

Qohum evliliyi xəstəlikləri artırdı: Cütlüklərdən DNT testi tələb olunacaq?
Ölkəmizdə 15-dək irsi xəstəlik qeydə alınıb ki, bunun da böyük hissəsinə qohum evliliyindən dünyaya gələn şəxslərdə rast gəlinib.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "qohum evliliyinə münasibətiniz necədir?" sualı ilə sorğu keçirib.

Sorğuda iştirak edənlərin çoxu qohum evliliyinin əleyhinə olduğunu və yarana biləcək problemlərin qarşısının alınması üçün nikahdan əvvəl tibbi yoxlanışlar siyahısına DNT testinin də salınmasını məqsədəuyğun hesab etdiklərini bildiriblər.

Bəs nikahdan öncə aparılan müayinələrə DNT testi də əlavə edilə bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirib ki, DNT testi vətəndaşın öz qərarı ilə həyata keçirilməlidir:

"Hazırda təklif olunan müayinə paketi kifayətdir və burada baza müayinələr aparılır. Digər müayinələr isə nikaha daxil olmaq istəyən şəxslərin, onların yaxınlarının şəxsi istəyinə əsasən aparılmalıdır".



REKLAM