COVID-19-un yeni variantı yayılmaqdadır
Rusiyada koronavirusun yeni növü FLiRT-ə 178 yoluxma halı aşkarlanıb.
Mütəxəssislər Omicron ştammının hələ də Rusiyada dominant olduğunu deyirlər.
Yeri gəlmişkən, FLiRT Omicron ştammının əlamətlərinə bənzəyir. Öskürək, qızdırma, zəiflik, baş ağrısı, əzələ və boğaz ağrısı, dad və ya qoxu itkisi FLiRT virusunun əlamətləridir.//Lent.az