sehiyye.info

Tanəınmış həkim Sumqayıt Tibb mərkəzinə direktor müavini təyin edilib

Tanəınmış həkim Sumqayıt Tibb mərkəzinə direktor müavini təyin edilib
Tanınmış cərrah, bir müddət Salyan Rayon Mərkəzi xəstəxanasının rəhbəri olmuş Ramin Qasımov Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.


O, pasiyentləri Sumqayıt 2 saylı şəhər xəstəxanasında qəbul edəcəyini də bildirib.

Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərmişdir.


Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçmiş, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak etmişdir. R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.


2020-ci ildə Salyan Rayon xəstəxanasına direktor təyin edilmişdi.



REKLAM