sehiyye.info

Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
Sehiyye.info xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.

Şagirdin yaxınlarının Oxu.Az-a verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:
“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.



REKLAM