sehiyye.info

15 saniyəyə qanaxmanı dayandıran vasitə yaradıldı

15 saniyəyə qanaxmanı dayandıran vasitə yaradıldı
Moskva və Ryazan Dövlət Tibb Universitetinin alimləri qanaxmanı 10-15 saniyəyə dayandıra bilən hialuron turşusunun modifikasiyası əsasında “ComboSpas” məhsulu hazırlayıblar.

Sehiyye.info Lent.az-a istinadən xəbər verir ki, hazırda ilkin sınaqlar aparılıb, patent üçün ərizə verilib.

"Moskva və Ryazan Dövlət Tibb Universitetinin tədqiqatçıları qrupu hialuron turşusunun modifikasiyası əsasında qanaxmanın dayandırılması vasitəsi yaradıblar. Nəticədə qanaxma unikal qısa müddət ərzində – 10-15 saniyə ərzində dayanır”, - məlumatda bildirilir.


Hazırda tez-tez istifadə olunan vasitələr ən azı 2,5 dəqiqə ərzində qanaxmanı dayandırır. Alimlərin kəşfi ilkin sınaqlardan keçib və yaxın gələcəkdə rəsmi sınaqların keçirilməsi planlaşdırılır.



REKLAM