sehiyye.info

Xəstəyə telefonla "diaqnoz" qoyan həkim həbs olunub

Xəstəyə telefonla "diaqnoz" qoyan həkim həbs olunub
İtaliyanın Ali Kassasiya Məhkəməsi xəstəyə telefon vasitəsilə diaqnoz qoyan həkim barədə həbs qərarını təsdiqləyib.

Sehiyye.info barədə xarici KİV-ə istinadən xəbər verir. Bolonya şəhərindən olan həkim vəzifə öhdəliklərini icra etməməkdə təqsirli bilinib.

Məlumata görə, xəstə təcili yardıma müraciət edərək qəfəsi nahiyəsində güclü yanğın, eləcə də əllərə və barmaqlara yayılan ağrıdan şikayət edib. Növbətçi həkim xəstəyə qastroenterit diaqnozu qoyub, lakin kişi tezliklə infarktdan dünyasını dəyişib.

Birinci instansiya məhkəməsi həkimə bəraət verərək barəsində 4 aylıq həbs və analoji müddətdə işləməsinin qadağan olunması barədə qərar verib.


Məhkəmə müəyyən edib ki, sağlamlıq hüququ dövlət qulluğunda olan həkimin xəstəni qorumasını tələb edir. Boloniyalı həkimin təqsiri ondan ibarət olub ki, o, xəstənin xahişinə baxmayaraq, onu evdə ziyarət etməkdən imtina edib və xəstənin vəziyyətinin ağırlığını yanlış dəyərləndirib.//trend



REKLAM