sehiyye.info

Cavan qalmaq istəyənlər bu vitaminləri yoxlayın.

Cavan qalmaq istəyənlər bu vitaminləri yoxlayın.
İnsan orqanizminin immuniteti, gəncliyi və gözəlliyi üçün vitamin və minerallar vacibdir. Ancaq onlardan 10-u gənc qalmaq üçün daha önəmlidir. Bu vitaminləri gündəlik qida ilə asanlıqla qəbul etmək və gəncliyin ömrünü uzatmaq olar.

Sehiyye.info amerikalı və rusiyalı mütəxəssislərin sağlamlıq üçün faydalı olan vitaminlər qrupunu oxucularına təqdim edir.

1. Beta karotin - antioksidantdır. Orqanizmdə A vitamininə çevrilir. Görmə qabiliyyəti, immun sistemi, eləcə də dərinin elastikliyi üçün vacibdir. Həmçinin beta karotinin xərçəngin müxtəlif formalarının da qarşısını ala bilir. O daha çox kartof, yerkökü, təzə ərik, yaşıl bibərdə var.

2. Kalsium - sümükləri, dişləri möhkəmləndirir. Osteoporoz (insan skeletinin funksiyasının pozulması - red.) xəstəliyinin qarşısını alır. Ən yaxşı mənbəyi - süd, kəsmik, pendir, ümumiyyətlə, süd məhsulları.

3. Fol turşusu - qadınlara hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Bu həm də dölün normal inkişafı üçün vacibdir. 45 yaşdan sonra ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində boldur.

4. Dəmir - anemiyadan qoruyur, gümrahlıq verir, yorğunluqla mübarizəyə kömək edir. Daha çox mal-qara ciyərində, ürəkdə, yaşıl almada olur.

5. Kalium - ürəyin normal fəaliyyəti, normal təzyiq üçün faydalıdır. Duzun neqativ təsirini neytrallaşdırır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi, bananda bol kalium var.

6. Vitamin B15 - güclü antioksidantdır və orqanizmi toksinlərdən təmizləyicidir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır. O, həmçinin orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və onların bədxassəli kütlələrə çevrilməsinə mane olur.

7. Vitamin C - onu həyatımızdakı 1 nömrəli vitamin adlandırmaq olar. O, orqanizmin bütün funksiyaları üçün labüddür, maddələr mübadiləsini yaxşılaşdırmaqdan mövsümü infeksialara kimi. Bu vitamin daha çox kələm, sitruslar, çaytikanı, bibər, qara və qırmızı quşüzümündə var.

8. Vitamin D - bu, kalsium ilə birlikdə sümüklərimizi və dişlərimizi, eləcədə 2-ci tip diabetdən qoruyur. Əsasən günəş şüasının təsiri ilə yaranır. Ancaq qidaların da tərkibində - əsasən dəniz məhsulları, balıq yağı, ciyərdə var.

9. Vitamin E - piy və yağlarda var. Qan damarlarının divarlarını möhkəmləndirir və yaşlanma prosesini yavaşladır.

10. Vitamin B10 - bizi ozonun, ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur. Orqanizmimizə xarici mühitin neqativ təsirindən müdafiə olunmağa kömək edir.//milli.az



REKLAM