sehiyye.info

Nə yeyək ki, əhval-ruhiyyəmiz yüksəlsin?

Nə yeyək ki, əhval-ruhiyyəmiz yüksəlsin?
Diyetoloq Yelena Başkirova əhvalınızı yüksəldə bilən qidalardan söz açıb.

Sehiyye.info xəbər verir ki, mütəxəssis bizi rasionumuza xüsusilə omeqa-3 və fol turşusu ilə zəngin qidaları əlavə etməyə çağırıb. Bu maddələr həmçinin göyərtilərdə və yağlı balıqlarda olur. Bundan əlavə, bioflavonoidləri ehtiva edən tərəvəzlər, giləmeyvə, göyərti və ədviyyatları unutmamaq vacibdir. Onlar iltihabın səviyyəsini azaldır, yaddaşa müsbət təsir göstərir, xəstəlik zamanı sağalmağa kömək edir, həmçinin dopamin ifrazını artırırlar.

Yaddaş və enerji yaxşılaşdırmaq üçün diyetoloq qeyd edib ki, B14 vitamini vacibdir. Tünd şokolad B14 ilə zəngindir. “İzvestiya” mütəxəssisə istinadən yazıb ki, bitki çayları, xüsusən çobanyastığı, kəklikotu və nanə də narahatlığı aradan qaldırmağa və ovqatımızı yaxşılaşdırmağa kömək edəcək.//publika.az



REKLAM