sehiyye.info

Gəncədə ana doğuşdan sonra dünyasını dəyişib - Yaxınları ananın ölümündə həkimləri günahlandırırlar

Gəncədə ana doğuşdan sonra dünyasını dəyişib - Yaxınları ananın ölümündə həkimləri günahlandırırlar
Gəncədə 5 gün əvvəl uşaq dünyaya gətirən ana xəstəxanada dünyasını dəyişib, onun uşağı isə süni tənəffüs aparatına qoşulub.

Sehiyye.info xəbər verir ki,xezerxeber.az-ın məlumatına görə, Tərtər sakini 31 yaşlı Günel Həsənova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində 5 gün əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Bu gün səhər saatlarında isə Abbas Səhhət adına Xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Yaxınları ananın ölümündə həkimləri günahlandırırlar.

Qeysəriyyə əməliyyatı ilə qız usağı dünyaya gətirən ananın vəziyyəti ağır olduğundan intensiv terapiya şöbəsinə yerləşdirilib. 28 mart tarixində halı pisləşən Günel Həsənova yenidən əməliyyat olunub.

TƏBİB- dən bildirilib ki, ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq. Anasız qalan körpə süni tənəffüs aparatına qoşulub.



REKLAM