sehiyye.info

“Stimul“ klinikasında anamı öldürdülər“- ŞİKAYƏT

“Stimul“ klinikasında anamı öldürdülər“- ŞİKAYƏT
Son zamanlar xəstələrin kilinikalardakı həkim səhlənkarlığı ucbatından həyatını itirməsi adi hal alıb.
Bu barədə müxtəlif klinikalardan və həkimlərdən şikayət edilir.
Daha bir özəl klinikadan şikaaayət var. Bu dəfə şikayət "Stimul" klinikasındandır.

Sehiyye.info News365.az-a istinadən xəbər verir ki, şikayətçi Fərahim Qasımovdur.

Şikayətçi yazır:

"Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlama etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə anam keçinəndən sonra tez-tələsik onu reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar. Desinlər ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
“Stimul“ klinikasında anamı öldürdülər“- ŞİKAYƏT



REKLAM