sehiyye.info

ÜST-dən SOS - 1990-cı ildən bəri dünyada...

ÜST-dən SOS - 1990-cı ildən bəri dünyada...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalır: son 34 ildə dünyada kök insanların sayı iki dəfə artıb.
Sehiyye.info xəbər verir ki, indi planetin hər səkkizinci sakini (1 milyarddan çox insan) artıq çəkidən əziyyət çəkir. Britaniyanın "Lancet" jurnalında dərc olunan araşdırmada qeyd edilib ki, 1990-cı ildən bəri böyüklər arasında piylənmə iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş arası) arasında isə dörd dəfə artıb.

Eyni zamanda mütəxəssislər piylənmənin ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

"Bu yeni araşdırma uşaqlıqdan yetkinliyə qədər pəhriz, fiziki fəaliyyət vasitəsilə piylənmənin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayır", - ÜST-nin Baş Direktoru Tedros Adanom Qebreyesus bildirib.

Eyni zamanda, digər qlobal problem qida çatışmazlığıdır. Bu, xüsusilə Cənub-Şərqi Asiya və Sub-Sahara Afrikasında müşahidə olunur.//publika



REKLAM