sehiyye.info

Qızılcadan qorunmağın ən effektiv yolu... - Açıqlama

Qızılcadan qorunmağın ən effektiv yolu... - Açıqlama
Qızılcaya yoluxmuş uşaqlarda quru öskürək ola bilər və bu 10 günə yaxın davam edə bilər.

Sehiyye.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.

Həkim bildirib ki, xəstələr 5, ağırlaşma hallarında isə 10 gün təcrid olunmalı, təxminən 20 gün kollektivə daxil olmamalıdırlar:

“Xəstələrin olduğu otaqların havası tez-tez dəyişdirilməlidir. Qızılcanın spesifik müalicə üsulu yoxdur. Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir”.

İnfeksionist deyib ki, uşaqlar qızılcaya yoluxduğu zaman təcrid olunaraq müalicə olunmalıdırlar. O həmçinin bildirib ki, qızılcaya yoluxmadan 72 saat sonra peyvənd vurularsa, ağırlaşmanın qarşısını almaq olar.//medicina



REKLAM