sehiyye.info

Marixuana xərçəngi müalicə edirmiş

Marixuana xərçəngi müalicə edirmiş
Amerikada hökumətin dəstəklədiyi bir araşdırmadan çaşdırıcı nəticə ortaya çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma qrupunun nəşr etdiyi məqalədə marixuananın xərçəng hüceyrələrini öldürmə xüsusiyyətinə malik olduğu iddia edilib.

İddiaya görə, Amerika Milli Narkotiklə Mübarizə İnstitutu marixuananın tibbi faydaları haqqında aparılan bu araşdırmaları ciddi qəbul edir. Ancaq digər narkotik maddələr əhatə xaricində tutulur.

İngiltərənin “İndependent” qəzetində də yer alan xəbərə görə, adıçəkilən institut, bu günə qədər heyvanlar üzərində apardığı təcrübələrdə marixuananın xərçəngli hüceyrələri kiçiltmə və yox edə bilmə xüsusiyyəti daşıdığını açıqlayıb.

Təcrübələrdə xüsusilə beyin şişlərinin ciddi mənada kiçildiyi iddia edilir. Eyni araşdırma daxilində marixuananın xərçəngin müalicəsində istifadə edilən radiasiyanın xərçəngi yoxedici təsirini artırdığı da irəli sürülüb.//modern



REKLAM