sehiyye.info

Uşaqlar niyə əsəbi olub-Həkim açıqladı

Uşaqlar niyə əsəbi olub-Həkim açıqladı

Uşağınızın əsəbi doğulmasını istəmirsinizsə bunlara əməl edin

Neçə illərdir ki, ruhi-əsəb xəstələri ilə (o cümlədən autizm sindromlu, əqli geriliyi olan uşaqlarla) işləyirəm. Təcrübəmdən bilirəm ki, bu cür xəstəliklərin yaranma səbəbi ilk növbədə xəstənin anasıdır (sizə qəribə gəlsə də belədir!). Yəni, ana hələ gənc olanda, (bu əsəb xəstəsini dünyaya gətirməzdən qabaq, ola bilsin qız vaxtı) ona neqativ enerji ötürülür. Bu enerji ilk vaxtlar onu gecələr diksindirir, qorxu, həyəcan, panika, nevroz... yaradır. Baş, çiyin, onurğa və s ağrıları olur. Süd vəzilərində və analıq orqanlarında müxtəlif problemlərdən (kistalar, mastapatiya, miomatik düyünlər...) biri, yaxud, bir neçəsi yarana bilir. Qorxulu yuxular (ilanlar, vəhşi heyvanlar...) görür. Yuxuda boğulmalar, qarabasmalar, yatarkən üstünə ağırlıq çökdüyünü hiss edir, depressiv hallar keçirir. Lakin, bunların fərqinə varmır. Nəhayət, bütün bu neqativ əlamətlərlə birlikdə, hamiləliyi səbəbsiz ağlamalarla, əsəbi halda başa vurur və dünyaya neqativ enerjiyə yoluxmuş uşaq gətirir.

Sehiyye.info xəbər verir ki,bu barədə tanınməış həkim Paşa Yaqub öz səhifəsində məlumat verib.Uşaq əsəbi böyüyür, çox hallarda skalyozu və s problemləri olur. Bu cür gərgin keçən hamiləlikdə çox hallarda autizm sindromlu, yaxud, əqli geriliyi olan uşaqlar doğulur. Bunlar olmadıqda, həmin uşaq yetkinlik yaşına çatan kimi bütün problemləri çox yüksək qabarır, əsəblərini cilovlaya bilmir.... Ana hələ də başa düşmür ki, günahkar onun viruslu (neqativ enerji dolmuş) bətnidir; doğmaqda davam edir. Bu cür anaların ən çox birinci uşağında əsəb problemi olur. Və həmin birinci uşaq illərlə psixatr müalicəsi alsa da faydası olmur...

...Birinci uşağı doğandan sonra ana bir az rahatlanır. Çünki, bədənindəki neqativ enerjinin çox hissəsini birinci uşaqla bərabər atır – yəni, ilk övlada ötürür. Sonrakı hamiləliklərində səbəbsiz ağlamır, az əsəbləşir.... Doğulan sonrakı uşaqlarda da problem az olur. Lakin, birinci uşaq ya autizmli olur, ya da bir az böyüyəndən sonra başlayır anasını ağlatmağa... Yəni ana hamiləlik dövründəki kimi səbəbsiz ağlamasa da, birinci doğduğu uşağa baxıb ağlayır. Yəni, uağın o qədər böyük dərdləri olur ki, ana ona baxıb daim içində ağlayır. Amma, nə edəcəyini bilmir. Tibb elmindən, kimyəvi dərmanlardan başqa heç bir vasitə haqqında doğru düzgün məlumatı yoxdur; falçılara da gedəndə dəfələrlə aldadıblar.... Artıq heç nəyə inanmır. Bir qədər psixotrop dərmanlardan yedizdirir... Dərmanların təsirindən uşaq daha da süstləşir, sevgi hissi olmur, key kimi gəzir, ya da bir küncdə oturur, bir çox hallarda cinsin tanımır. Dərmanını kəsəndə əsəbləşib, valideynlərini döyür.... Böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir...

Nəhayət, bizim haqqımızda eşidib, qəbulumuza gəlirlər. Öncə qeyd edim ki, bu cür əsəb (yaxud autizm sindromlu) xəstələri ilk seanslarda bizi yaxın buraxmaq istəmirlər, mümkün qədər müqavimət göstərməyə çalışırlar. Bunun səbəbi odur ki, onlarda neqativ enerji çox güclü olur. Biz ona müsbət enerjini (Efir enerjisini) ötürəndə ondakı mənfi enerji ilə toqquşur. Xəstə iki əks enerjinin arasında qalıb sıxılır. Bu hal onu əsəbləşdirir. Ancaq bu hal (sıxılma) hər seansda bir qədər azalır. Getdikcə onun bədənində neqativ enerji azaldıqca (kiçildikcə) müqavimət və sıxılma da azalır. Beləliklə, üç seansdan sonra demək olar ki, xəstə ciddi müqavimət göstərmir. Ona görə də valideynlər bir qədər səbirli olub, bizə vaxt tanımalıdırlar. Xəstənin yox, həkimin sözünü əsas götürüb, məsləhətlərimizə qulaq asmalıdırlar. Belə etsələr, ruhi-əsəb dispanserlərində nə qədər xəstə varsa, hamısını az vaxtda sağaltmaq mümkündür. Amma, hanı elə ağıllı, dünya görüşü olan valideyn? Ağıllı və dərrakəli valideynin uşağı əslində heç ora düşməzdi; əzəldən (qız vaxtı, yaxud hamiləlik dövründə) çarəsini tapa bilərdi. Dünya görüşü yetərincə olan valideyn bilərdi ki, ruhi xəstəliyin tibbə aidiyyəti yoxdur. İnanmırsınızsa əsəb dispanserindən çıxanlarla maraqlanın, görün son əlli, yüz ildə oradan çıxanlardan bir iş-güc sahibi olanlar, ailə dolandıranlar varmı?

Belə xəstə uşaqların doğulmasına səbəb cəmiyyətin (özəlliklə də qadınların) enerji sahəsində maariflənməməsidir. Maariflənsəydilər niyə səbəbsiz ağladıqlarının, qarabasmalarının və s yuxarıda sadaladığım halların nəyin əlamətləri olduğunu, necə aradan qaldırmaq lazım olduğunu bilərdilər. Onda uşaqları da əsəbi doğulmazdı və indi onlara baxıb ağlamazdılar... (Bu yazını yazmaqda məqsədimiz insanları bu sahədə maarifləndirməkdir).

Son dövrlər əsəbi və autizm sindromlu doğulanların sayı niyə artır?

XX əsrin 80-ci illərindən sonra autizm sindromu ilə (yaxud əsəbi) doğulan uşaqların sayında kəskin artım müşahidə edilməkdədir. Təxmini hesablamalara görə hazırda doğulan körpələrin üçdən biri autizm sindromundan, yaxud əsəb xəstəliyindən əziyyət çəkirlər . Sual yaranır: nə baş verdi ki, 80-ci illərdən sonra xəstə və qüsurlu doğulan uşaqların sayı bu qədər artdı?

Elmi-lədun araşdırmalarımıza görə keçən əsrin 80-ci illərindən sonra şeytani dövr başladı. Həimn vaxtdan cəmiyyətdə “vergi verilən” adamların sayı həddən artıq çoxalmağa başladı. Onların böyük əksəriyyəti falçı və cadugərlər idi. İnsanlar bunun fərqinə varmadan (qanmazcasına) onların qapısına axışmağa başladılar. Hətta, onların qəbuluna düşmək üçün günlərlə qapısında növbə gözləyirdilər. İnsanlar baxmadılar ki, Allah-təala həmin sehirbazlar (falçı və cadugərlər) haqda Quranda belə buyurur:

“(Onlar) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər.
Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” Quran, 2:102.

Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər...

Təəssüf ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin, yalançı seyidlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin (autizm, əqli gerilik və s), ziyanlı vərdişlərin sayı görünməmiş həddə çatmışdır. Bəzi evlərdə əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı), kəndlərdə kütləvi hal alan sirli yanğınlar da bunun əlamətlərindəndir.

Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə, depressiya, qapanma və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur).

Virus kompyuteri necə dondurursa, fayl və proqramları necə silirsə, neqativ enerjinin təsiri də insanın həyatını (fəaliyyətini) elə dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət, şübhə, panika... kimi ziyanlı “fayl”lar yazılır).

Təssüf ki, bu gün cəmiyyətimizin böyük əksəriyyəti, blkədə 70 faizdən çoxu çadugərlərin ya birbaşa, ya da dolayısıyla (valideynlərdən keçməklə) ötürdükləri neqativ enerjinin təsirinə məruz qalıblar və istirab içində (bəzilərinin ailəsi dağıllıb, bəziləri ağır xəstəliyə düçar olub, bəzilərinin ruzisi kəsilib....) qıvrılırlar. Lakin, düşdükləri vəziyyəti düzgün qiymətləndirə (anlaya) bilmirlər. Çoxusu bunu Allahdan görür və oturub gözləyirlər. Əksəriyyəti heç çıxış yolu da axtarmırlar (onların əvəzində yaxınları narahat olurlar). Çıxış yolu axtaran da çox vaxtı yenə də falçı və cadugərlərə üz tuturlar. Halbuki, onu bu vəziyyətə salan elə həmin cadugərlərdir. Qılınc öz qının kəsmədiyi kimi, onların etdiyi sehr əməlləri də insanı vəziyyətdən çıxara bilməz. Onlara üz tutmaqla insanlar yüklərinin üzərinə öz əlləriylə bir yük də qoyub, özlərini daha da ağırlaşdırırlar.

Falçıların verdikləri düyünlənmiş sap və s əşyalar evə gətirilən kimi, evdəki bakirə qız uşaqlarının və hamilə qadınların halı pisləşir. Çünki, cadugərlər həmin sap və əşyalara neqativ enerji yükləyirlər. Uran elementi qoyulmuş otaq necə radiyasiyaya məruz qalarsa və oradakı insanları necə xəstələndirərsə, falçı və cadugərlərin də verdiyi əşyalar ailəyə neqativ enerji buraxır və sakinləri xəstələndirir, uğursuzluğa düçar edir... İlk növbədə qızlara və hamilə gəlinlərə təsir edir. Qızlarda onurğa və digər orqanlarda (əsasən süd vəzlərində) ağrılar baş qaldırır, mensturasiya pozulur, bir müddətdən sonra analıq orqanlarında kista, polikistoz, miomatik düyünlər... yaranır.

Hamilələrdə isə, bu enerji əsəbə, stresə, depressiyaya səbəb olur ki, bu da bətndəki uşağın gələcəkdə əsəbi olmasına, əqli geriliyinə, autizmə və s xəstəliklərinə səbəb olur.

Analar övladlarının bu cür xəstə doğulmasını istəmirlərsə, falçı və cadugərlərdən uzaq durmalıdırlar. Kimdənsə onlara neqativ enerji gəlibsə (yuxarıdakı əlamətləri varsa), tez bir zamanda bu enerjidən təmizlənməlidirlər ki, həm özləri, həm də övladları sağlam olsunlar.



REKLAM