sehiyye.info

İki növ göbələk dəhşətli xəstəliyi MƏHV EDİR

İki növ göbələk dəhşətli xəstəliyi MƏHV EDİR
Portuqaliyalı alimlər göbələklərlə bağlı qeyri-adi kəşfə imza atıblar.

Sehiyye.info xəbər verir ki, bu barədə Gazeta.Ru yazır.

Bildirilib ki, tədqiqatçılar onların hüceyrələrini anion mübadilə xromatoqrafiyasından istifadə edərək tədqiq edib və aşkar ediblər ki, nəcib porcini göbələkləri və adi şampinyonlar xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

Nəşr qeyd edir ki, analiz zamanı göbələklərdə xərçəng hüceyrələrinin həyat qabiliyyətini azalda bilən spesifik hüceyrə fraksiyalarının tərkibi aşkarlanıb.

Alimlər həmçinin müəyyən ediblər ki, göbələklərin antitümör aktivliyi müəyyən şərtlər altında artırıla bilər, lakin sonra onlar normal hüceyrələr üçün sitotoksik olacaqlar.//publika



REKLAM