sehiyye.info

FHN xəstəxanalarda yoxlamalara başladı

FHN xəstəxanalarda yoxlamalara başladı
Respublika Perinatal Mərkəzindəki yanğından sonra Fövqəladə Hallar Nazirliyi paytaxt və bölgələrdəki tibb müəssisələrində yoxlamalara başlayıb.
Sehiyye.info xəbər verir ki,bu barədə yoxlama aparılan tibb müəssisələrindən birindən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda körpələr evi, uşaq evləri, sanatoriyalar və digər müalicə-profilaktika müəssisələrində də yoxlamalar aparılır.
Yoxlamalar zamanı dövlət və özəl tibb müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığı araşdırılır.
Mənbənin bildirdiyinə görə, bir sıra səhiyyə ocaqlarında "Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları"nın pozulması ilə bağlı faktlar aşkarlanıb.//bakupost



REKLAM