sehiyye.info

“Yeni COVID-19 peyvəndləri plastır formasında olacaq” - Bill Qeyts

“Yeni COVID-19 peyvəndləri plastır formasında olacaq” - Bill Qeyts
“Microsoft” korporasiyasının qurucusu, bəşəriyyət üçün yeni peyvəndlərin hazırlanmasına xeyli vəsait yatıran amerikalı milyarder Bill Qeyts koronavirusa qarşı vaksinlərin fərqli formada olacağını bildirib.

Sehiyye.info xəbər verir ki, bu barədə UNIAN bildirir.

Onun sözlərinə görə, peyvəndləmənin cəmiyyətdə daha populyar olması üçün iynə əvəzinə plastırdan istifadə etməyə hazırlaşırlar. Bu barədə biznesmen Hindistana səfəri zamanı yerli telekanallardan birinə danışıb.

“Onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik. Biz iynə yerinə kiçik plastırdan istifadə edəcəyik”, - Qeyts bildirib.

O, həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmaq üçün müdafiə vasitələrinin yaradılmasına başlayacaq.//herbiand



REKLAM