sehiyye.info

ÜST: Koronavirus mutasiyaya uğramağa davam edir

ÜST: Koronavirus mutasiyaya uğramağa davam edir
Koronavirus infeksiyası insanlara uyğunlaşsa da, hələ də mutasiyaya davam edir.

Sehiyye.info xəbər verir ki, bu sözləri ÜST-ün rəsmi nümayəndəsi Melita Vujnoviç deyib.

"Koronavirus 4 il əvvəl aşkar edilib və yayılmaqda davam edir. Və məlum olur ki, virus varlığını davam etdirmək üçün insan bədəninə uyğunlaşıb. Avropa və Mərkəzi Asiyada qışın gəlişi ilə COVID-19 və tənəffüs yollarının digər patogenləri də dövr etməyə başladı. Koronavirus hələ də geniş yayılıb, ağır xəstəliyə və ölümə səbəb olur", - "RİA Novosti"yə ekspert bildirib.

O, əlavə edib ki, ÜST-ə koronavirus vəziyyəti haqqında məlumat verən ölkələrin təxminən yarısı yoluxmaların artdığını göstərib. Ekspert Finlandiya, Slovakiya və İtaliyanı misal çəkib.

Eyni zamanda, o da məlum olub ki, Avropa İttifaqı ölkələri COVID-19 vaksininin 215 milyon dozasını atıb. Bu, analitiklərin fikrincə, təxminən dörd milyard dollara bərabərdir.//publika



REKLAM