Yanlış içilən bitki çayları şəfa yox, bəla verir
Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq istəyənlərin istifadə etdiyi bitki çaylarından düzgün istehlak edilmədikdə sağlamlığa böyük ziyan vura bilər.
Payızda temperaturun aşağı düşməsi bitki çaylarına olan tələbatı artırır. Mövsümi xəstəliklərdən qorunmaq istəyən və ya artıq çəkilərindən qurtulmağa çalışan insanlar dərman preparatlarıdan istifadə edirlər.
Həm epidemik, həm də mövsümi şəraitə görə bitki çaylarına maraq göstərənlər daha çox cökə, adaçayı, şüyüd, yaşıl çay, çobanyastığı, lavanda, rozmarin, zəncəfil, zerdeçal və darçın kimi otlara ehtiyac duyurlar.
Sehiyye.info xəbər verir ki, mövzuyla bağlı danışan Konya Ticarət Palatası (KTO) Karatay Universiteti Sağlamlıq Elmləri Fakültəsi Qida və Diyetik Şöbənin müdiri, Prof. Dr. Nurhan Ünüsan bildirib ki, düzgün istehlak edilməyən bitkilər insan sağlamlığı üçün zərərlidir:
“Bitki çayını gəncdən qocaya, hamilə qadından körpəyə qədər hər yaşda içənlərin diqqət etməli olduqları məqam var. Bitki çaylarını dərmanlar qədər diqqətli içmək lazımdır. Nə istehlak ediriksə, doğru mənbədən məlumat almalıyıq. İndiki vaxtda hər kəs internetdə axtarış edir, amma orada doğru məlumat olduğu kimi, yalan məlumatlar da var. Ona görə də hər gördüyümüzə inanmamalıyıq. Həmçinin istehlak olunan dozaya da çox diqqət yetirmək lazımdır. Bir çox dərman bitkilərdən hazırlanır. Bitki çayı yanlış dərman qəbulu qədər zərərlidir.
Məsələn, hamilə qadınlar və süd verən analar mütləq adaçayı çayı qəbul etməməlidirlər. Çünki bu, hormon səviyyələrində fərqlərə səbəb olur. Osteoporoz, ürək xəstəliyi, şəkərli diabet, xərçəng diaqnozu qoyulan və ya dərman istifadə edən insanlar çox diqqətli olmalıdırlar. Bitki çayları düşündüyümüz kimi sağlam deyil. Çünki tərkibində aktiv maddələr var. Dərmanların çoxu bitkilərdən hazırlanır. Ona görə də unutmaq olmaz ki, istehlak etdiyimiz bitkilər istifadə etdiyimiz dərmanlarla qarşılıqlı təsir göstərə bilər”.
Bitki çayları hazırlanma üsullarına görə müsbət və ya mənfi təsir göstərə bilər. Ona görə də bəzilərinin dəmlənərək, bəzilərinin isə qaynadılaraq istehlak edilməsi lazımdır. Hər kəs hər dərmandan istifadə edə bilmədiyi kimi bitki çaylarından da istifadə etməməlidirlər.//publika