sehiyye.info

Elgün Səmədov yeni vəzifəyə təyin edildi 10:06 - 9 Oktyabr 2023

Elgün Səmədov yeni vəzifəyə təyin edildi 10:06 - 9 Oktyabr 2023
Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.

Sehiyye.info xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni baş həkim artıq səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.//manşet



REKLAM