sehiyye.info

Bu qidaları çiy yeməyin: zəhər yayır

Bu qidaları çiy yeməyin: zəhər yayır
Bəzi qidaların xam istehlakı sağlamlıq üçün faydalı olsa da, bəzi çiy qidaların istehlakı sağlamlığa mənfi təsir edir və hətta ölümlə nəticələnə bilər. Bəs hansı qidaları çiy istehlak etmək olmaz.

Sosis

Sosislərdəki yarımbişmiş kolbasa əslində sağlamlıq üçün son dərəcə təhlükəlidi. Xam kolbasa Listeria bakteriyasını ehtiva edir. Bu təhlükəli bakteriya həzm sistemini poza və zəhərlənməyə səbəb ola bilər. Bu ehtimalı aradan qaldırmağın yeganə yolu kolbasaları yaxşı bişirməkdir. Mütəxəssislər vurğulayırlar ki, kolbasanı çiy istehlak etməkdən çəkinməlisiniz.

Paxla

Çiy paxlanın tərkibində zərərli dadsız toksin var, onu bişirməklə çıxarmaq lazımdır. Qırmızı paxla xüsusilə zəhərlidir, lakin digər növlər də zəhərlənmə riski yaradır. Paxlanın tərkibindəki toksinləri qaynatmadan atmaq olmur.

Kartof

Ümumiyyətlə, kartof tamamilə təhlükəsiz tərəvəzdir. Kartofu çox uzun müddət parlaq və həddindən artıq nəmli bir mühitdə saxlasanız və ya uzun müddət gözlətsəniz, cücərməyə başlayacaq. Tumurcuqda əmələ gələn bakteriyalar kartofa keçəcək və hətta cücərtini kəssəniz belə kartofda qalacaq. Çiy kartof yemək olduqca ziyanlıdır.

Krevetka

İnfeksiyaların, xəstəliklərin və parazitlərin yayılmasının qarşısını almaq üçün fermerlər heyvanların yemlərinə antibiotiklər qatırlar. Bununla yanaşı suyu pestisidlər və funqisidlərlə doldururlar. Krevetkada çoxlu parazitlər var, bu da orqanizm üçün zərəlidir.//publika



REKLAM