sehiyye.info

Qonşu ölkədə koronavirusa yoluxma halları artır

Qonşu ölkədə koronavirusa yoluxma halları artır
Rusiyada COVID-19-a yoluxma hallarında cüzi artım var.

Sehiyye.infoi bildirir ki,Lent.az-ın xəbərinə görə, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko “Rossiya 1” telekanalının efirində bildirib.

Statistikaya görə, Rusiyada bir həftə ərzində COVID-19-a yoluxma halları 22% artıb. Sentyabrın 18-dən sentyabrın 24-dək Rusiyada 14 435 koronavirusa yeni yoluxma halı aşkarlanıb. 2328 nəfər xəstəxanaya yerləşdirilib, 10327 nəfər sağalıb.



REKLAM