sehiyye.info

Alman alimləri beyni cavanlaşdırmağın yolunu tapdı

Alman alimləri beyni cavanlaşdırmağın yolunu tapdı
Rəqs və aktiv həyat tərzi insanın beynini cavanlaşdırmağa kömək edə bilər.

Sehiyye.info xəbər verir ki, bu barədə “The Harrogate Advertiser” müvafiq araşdırmanı aparan Maqdeburq Universitetinin alman alimlərinə istinadən yazıb.

Tədqiqat zamanı iştirakçıların bəziləri rəqslə, digərləri isə güc məşqləri ilə məşğul olublar. 18 aydan sonra iştirakçılar yoxlanılıb və rəqsin yaxşı nəticə verdiyi qənaətinə gəlinib.

Məlum olub ki, rəqs oriyentasiya və balansdan məsul olan hipokampusun həcminin artmasına səbəb olur. Buna görə də alimlər hesab edir ki, rəqs Alzheymer xəstəliyi ilə mübarizədə ən yaxşı yoldur.//publika



REKLAM