sehiyye.info

Azyaşlı qızla illərlə porno video çəkən tutuldu

Azyaşlı qızla illərlə porno video çəkən tutuldu
Süni intellektə malik “chatbot” ChatGPT ABŞ-dan olan uşağa diaqnoz qoymağa kömək edib.

Sehiyye.info xəbər verir ki, 17 həkim üç il ərzində uşağın xəstəliyini müəyyən edə bilməyib.

Daimi ağrılar hiss etməyə başlayanda Alex dörd yaşında idi. Anası Kortni oğluna bir növ kömək etmək üçün ona hər gün ağrıkəsicilər verirdi. Bundan əlavə, oğlanın əhval-ruhiyyəsi pozuldu, əsəbləşdi və sol ayağı düzgün işləməməyə başladı.

Novruz Aslan: İlkin mərhələdə Xankəndinə 40 ton un göndərilir
Dövlət Xidmətindən “WhatsApp”la bağlı MÜRACİƏT
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
Kortni üç il ərzində onunla birlikdə 17 müxtəlif həkimə baş çəkdi, lakin onların heç biri dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilmədi. Çarəsiz qalan amerikalı, Aleksin simptomlarını və müayinə nəticələrini xüsusi formada təsvir edən ChatGPT-dən istifadə etdi.

Buna cavab olaraq, uşağa çox nadir bir diaqnoz qoyuldu - onurğa beyni sindromu. Bunu neyrocərrahlar da təsdiqlədilər. Mütəxəssislər oğlanın üzərində cərrahiyyə əməliyyatı apararaq onu ağrılardan azad ediblər. Uşaq hazırda həkim nəzarətindədir və sağalır.//vesti.az



REKLAM