Susuzluğun əlamətləri hansılardı? - MÜTƏXƏSSİS AÇIQLADI
Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya daha çox ehtiyacımız var.
Sehiyye.info xəbər verir ki,, qidalanma və pəhriz ütəxəssisi Derya Eren bildirib ki, sağlam bir həyat yaşamaq üçün gündəlik kifayət qədər su istehlak etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.
Onun sözlərinə görə, susuzluğun yüngül əlamətlərinə zəiflik, yorğunluq, baş ağrısı, sidik ifrazının azalması və qəbizlik daxildir:“Şiddətli simptomlara əzələ krampları, başgicəllənmə, qarışıqlıq və şüur itkisi daxildir. Gündəlik kifayət qədər su içdiyinizə əmin olmaq üçün sidiyin rəngini də yoxlaya bilərsiniz. Əgər sidiyiniz tünd rəngdədirsə, bu, kifayət qədər su içmədiyinizi göstərir. Sidiyinizin rəngi açıqlaşdıqca bədəninizin su ehtiyacını ödədiyinizə əmin ola bilərsiniz”.
Bəs, suyun orqanizmə hansı faydaları var?
- Bədənimizi toksinlərdən təmizləyir.
- Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir.
- Arıqlamağa kömək edir.
- Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir.
- Dərini nəmləndirir və qırışların qarşısını alır.
- Həzm sisteminin nizamlı işləməsinə kömək edir.
- Bədən istiliyini tənzimləyir.
- Oynaq ağrılarını azaldır.
- İdmançılarda performansı artırır.
- Stressə yaxşı gəlir.
- Migren xəstələrinə xeyirlidir.
- Ürək sağlamlığını qoruyur.//lent.az