sehiyye.info

Bu içkilər qandakı xolestrolu aşağı salır

Bu içkilər qandakı xolestrolu aşağı salır
Həkimlər qanda xolesterinin səviyyəsini normada saxlayan içkiləri açıqlayıb.

Sehiyye.info xəbər verir ki, mütəxəssislərim fikrincə, yemək xolesterol səviyyəsinə və ürək sağlamlığına müsbət təsir göstərə bilər. Xolesterol səviyyənizi idarə etməyə kömək edəcək bir neçə içki var.

Pomidor suyu


Pomidor suyunda olan likopen hüceyrələri zədələnmədən qorumağa kömək edən güclü antioksidantdır. Qida rasionuna antioksidantların əlavə edilməsi ürək-damar xəstəlikləri də daxil olmaqla bədəndəki iltihabı azaltmağa kömək edir. Pomidor suyu "pis" xolesterolu azaltmağa kömək edə bilər.

Soya südü

Çoxsaylı araşdırmalar göstərir ki, soyada olan protein xolesterol səviyyəsini 4-6% azalda bilər.

Yaşıl çay

Yaşıl çayın tərkibində "pis" xolesterolu azaltmağa kömək edən katexinlər və digər antioksidantlar var. Qara çay da oxşar təsirə malikdir. (lent.az)



REKLAM