Bakı Baş Səhiyyə Mərkəzinin 700 minlik tenderini bu şirkət uddu
Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq Tender) qalibi məlum olub.
Sehiyye.info xəbər verir ki, tender müsabiqəsinin qalibi "Vest Supply" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
MMC Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satacaq və qarşılığında 699 min 985 manat 44 qəpik alacaq.
Qeyd edək ki, "Vest Supply" MMC-nin qanuni təmsilçisi Ramazanov Murad Məhəmmədrəsuloviç oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir.//yeniavaz.com