Əhəng tozunda poza verən uşaq saniyələr içində öldü

Braziliyada 7 yaşlı Artur Emanuel əhəng tozunda poza verdikdən bir neçə dəqiqə sonra halı pisləşərək ölüb.
Sehiyye.info xarici mənbəyə istinadən xəbər verir ki, tikintidə istifadə olunan materiallara həddindən artıq allergiyası olan 7 yaşlı uşğın qəflətən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatmadan uşaq həyatını itirib.
Həkimlər uşağın əhəng tozunun tərkibində olan maddələrə allergiyası olduğunu bildirib. Nəticədə boğularaq dünyasını dəyişdiyi deyilib.
Həkimlər xəbərdalıq edib ki, əhəng tozu nəfəs alan zaman ağciyərlərdə ciddi problemlər yarada bilər. Bununla yanaşı, xərçəngə, dəri qıcıqlanmasına və gözün zədələnməsinə səbəb ola bildiyi qeyd edilib.//big.az