sehiyye.info

Gənclərdə xərçəngin yaranma SƏBƏBLƏRİ

Gənclərdə xərçəngin yaranma SƏBƏBLƏRİ
Edinburq Universitetinin Qlobal İctimai Səhiyyə Departamentinin sədri Devi Sridhar gənclərdə xərçəngin əsas səbəblərini açıqlayıb.
Sehiyye.info lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, son onilliklərdə gənc nəsil arasında xərçəng xəstəliyinə yoluxma hallarında kəskin artım müşahidə olunub.
Onun sözlərinə görə, siqaret, alkoqol istehlakı, piylənmə, fiziki hərəkətsizlik və pis qidalanma xəstəliyin inkişafına təsir göstərir.
"Yüksək dərəcədə işlənmiş qidaların, xüsusən də doymuş yağ və şəkərlə zəngin olan qidaların qəbulu bağırsaq mikrobiomunu pis şəkildə dəyişir. Bu da, gənc nəsildə xərçəngə səbəb olur.
Əsas problem ondan ibarətdir ki, bir çox insanlar emal olunmuş məhsulların mövcudluğu və davamlılığına görə almağa üstünlük verir. Lakin belə qidalar böyüklərin və xüsusilə uşaqların sağlamlığına zərərlidir"



REKLAM