sehiyye.info

108 ədəd Çin mantısını ye və... - Siçuanda dəhşət

108 ədəd Çin mantısını ye və... - Siçuanda dəhşət
Çində bir restoran müştərilərini pulsuz 100-dən çox Çin mantısını yeməyə çağırıb.

Sehiyye.info publika.az-a stinadən xəbər verir ki, baş verən bu hadisə bir çox rəsmi qurumların və əhalinin narazılığına səbəb olub.

Restoran populyarlıq və müştərilərini şirnikləndirmək üçün belə bir yarış keçirib. Lakin bunu tənqid edənlər olsa da, yarışa gedənlər də az olmayıb. Siçuan əyalətinin Yibin şəhərinin yerli hakimiyyət orqanları bu xəbərdən sonra restoranı nəzarətə götürüblər. Qurumun işçiləri pulsuz yemək və əlavə hədiyyələr qazanmaq üçün yarışa yüzlərlə şəxsin gəldiyini görüblər.

Məsələ ilə bağlı Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası qanun pozuntusunun olub-olmaması ilə bağlı araşdırma aparılacağını bildirib.

Bu hadisə sosial şəbəkədə tənqid olunub. İnsanların çoxu 1950-60-cı illərdə təxminən 45 milyon insanın aclıqdan ölməsini vurğulayıblar. Belə ki, həm restoran, həm də ora gedən şəxslər qınanılıb.



REKLAM