sehiyye.info

Qol dərisindən dodaq düzəltdilər

Qol dərisindən dodaq düzəltdilər
Oltu rayonunun Tuzla kəndində yaşayan iki uşaq atası 66 yaşlı İsrafil Taşkına qol dərisindən dodaq tikilib.
Sehiyye.info Türkiyə mediasına istinadən xəbər verir ki, İsrafil Taşkının alt dodağından təxminən bir il əvvəl yara çıxıb. Adi bir yara olduğunu düşünən Taşkın həkimə getməyib, lakin yarası böyüdükdən sonra ciddi problemlərlə üzləşib.

Bir müddət əvvəl müayinə üçün Ərzurum Şəhər Xəstəxanasından Plastik Cərrahiyyə Mütəxəssisi Dr. Burak Ergün Tatara müraciət edən Taşkına müayinələrdən sonra alt dodaq xərçəngi diaqnozu qoyulub və boyun nahiyəsində şübhəli yaralar müşahidə edilib. Taşkın cərrah Tatar və Qulaq Burun Boğaz Mütəxəssisi Egehan Salepçi tərəfindən əməliyyat olunub. Təxminən 7 saat davam edən əməliyyatla dodaq nahiyəsindəki xərçəng hüceyrələri və şübhəli yaralar təmizlənib. Taşkın əməliyyatdan sonra xəstəxanada aldığı müalicənin ardından evə buraxılıb.

Plastik cərrah Tatar bildirib ki, bu tip əməliyyatlarda şişi tamamilə təmizləmək üçün dodaqdakı hissənin geniş götürülməsi lazım olur. Cərrah LOR həkiminin əməliyyat zamanı boyundakı limfa düyünlərini təmizlədiyini də deyib: 6-7 saatlıq əməliyyatla sərbəst toxuma dediyimiz mikrocərrahi əməliyyatlarla sol qoldan toxuma alıb transplantasiya etdik və ağzına yerləşdirdik.

Xəstənin qolundan alınan toxuma ilə dodaq düzəltdik, bunlar mikrocərrahi üsullarla edilir. Bəzən ayaqdan da götürə bilərsiniz. Əvvəlcə dodaq şişmiş görünür, amma artıq zamanla çəkilir və normala yaxın bir dodaq ölçüsü alır. Əhəmiyyətli olan danışa bilmək və yemək yeyə bilməkdir".//publika



REKLAM