İsti havalarda ət alarkən bunlara diqqət edin! - Xəbərdarlq
İsti havalarda hər hansı bir qidanın orqanizm tərəfindən böyük miqdarda həzm edilməsi daha çətindir, odur ki, bu dövrdə ət yeməyə xüsusi diqqət yetirilməlidir. Ət qidalandırıcı maddələrlə zəngin olsa da, yayda onun bəzi növlərindan imtina etməyə dəyər.
Sehiyye.info xəbər verir ki, dietoloq Yevgeniya Peqova Ura.ru-ya müsahibəsində bildirib.
"Qızardılmış ət, prinsipcə faydalı deyil. İstidə isə bədənimiz artıq stress keçirir. Həzm sistemini yükləməyə dəyməz. Bu, qarın ağrısı və ürəkbulanma ilə nəticələnə bilər.
Yayda donuz və quzu ətindən, qaz və ördəkdən imtina etmək, əsasən toyuq, hinduşka, dana və mal ətinə üstünlük vermək məsləhətdir. Bişmiş və ya qaynadılmış ətdən istifadə etmək daha yaxşıdır. Hətta bişirməzdən əvvəl dərini və yağlı yerlərini kəsməyə dəyər. Əti təzə tərəvəz və tam taxıllarla birləşdirin, mayonez, ketçup və digər alınmış sousları əlavə etməməyə çalışın. Bir porsiya 250 qramdan çox olmamalıdır", - həkim vurğulayıb.//publika