Özün özünü tərifləmək sağlamlığa xeyirlidir.Mütəxəssislər belə deyir.

Alimlər beynin reaksiyaları ilə immun sisteminin fəaliyyəti arasında əlaqə tapıblar.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,özünüzü tərifləmək sağlamlığınız üçün faydalıdır, mütəxəssislər sübut etdilər. Tədqiqatçıların fikrincə, insan nə qədər tez-tez xoş şeylər haqqında düşünür və özünü tərifləyirsə, həkim kabinetində olmaq riski bir o qədər az olur. Alimlər təcrübə zamanı 57-60 yaş arasında olan 52 nəfəri müayinə ediblər. İştirakçılardan həyatda birmənalı emosional rəngə malik olan, yəni ya ciddi müsbət və ya ciddi mənfi emosiyalarla müşayiət olunan müəyyən bir hadisəni bütün təfərrüatları ilə xatırlamaq istəndi.
Mütəxəssislər tədqiqat iştirakçılarının beyninin müxtəlif hissələrinin elektrik aktivliyini qeydə alıblar. Bundan əlavə, tədqiqatçılar şərti olaraq bütün subyektləri optimistlərə və pessimistlərə ayırdılar və onların xarakteri ilə qrip peyvəndinin nəticələri arasında əlaqə tapmağa çalışdılar. Nəticədə məlum oldu ki, mənfi düşüncələr beynin sağ yarımkürəsinin prefrontal bölgəsini aktivləşdirir, müsbət olanlar isə sol yarımkürənin eyni sahəsinin fəaliyyətinin artmasına səbəb olub.
Alimlər bu reaksiyalar ilə immunitet sisteminin fəaliyyəti arasında əlaqəni də təsdiqlədilər - peyvənddən altı ay sonra pessimistlərin qanında qrip virusuna qarşı anticisimlər optimistlərlə müqayisədə xeyli aşağı idi.