sehiyye.info

Qarın piylərini yandırmağın yolları

Qarın piylərini yandırmağın yolları
Qeyri-sağlam qidalanma, pis yuxu və oturaq həyat tərzi qarın nahiyəsində qatların yaranmasına səbəb ola bilər.

Sehiyye.info xəbər verir ki, bu sözləri fitnes üzrə mütəxəssis Entoni Yenq deyib.

Mütəxəssisin fikrincə, bu problemin qarşısını almaq istəyirsinizsə, stress və digər səbəbləri bəhanələr gətirib idmandan yayınmayın. Ən əsası pəhrizə nəzarət etmək vacibdir. O, qarın nahiyəsində piylərin toplanmasının əsas səbəbini zərərli qidalarda görür.

"Bir plan qurun və ya bir diyetoloqdan bunu etməsini istəyin ki, nə yeyəcəyinizə qərar vermək məcburiyyətində qalmayasınız. Sadəcə plana əməl edin və həzz alın", - Yenq "Eat This, Not That" portalına açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, yemək yeyərkən diqqəti yayındırmaq olmaz, əks halda həddindən artıq yemək istəyəcəksiniz. O, həmçinin əlavə edib ki, qarın nahiyəsində və bel kənarlarında qatların yaranmasının qarşısını almaq üçün oturaq həyat tərzindən uzaq durmaq və 7-8 saat yatmaq lazımdır.//publika



REKLAM