Bu əlamətlər sizdə varsa,deməli orqanizminizdə qurd var - DİQQƏT!
Parazitlər insan orqanizmində kök salanda, qidalanmaq üçün orqanizmin qida ehtiyatından faydalanır. İnsan bədənində bu cür parazitlər ən çox həzm sisteminə təsir edir və bağırsaq divarı onların “məskəni”dir. Qurdlar əzələ ağrısından anemiyaya qədər bir sıra ağırlaşmalara səbəb ola bilər.
Sehiyye.info xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, qurdların da daxil olduğu bağırsaq parazitləri tualetə getdikdən sonra əllərin düzgün yuyulmaması və gigiyena qaydalarına riayət edilməməsinin nəticəsi ola bilər. Onlar həmçinin ətin az bişməsi və ya yeməkdən əvvəl meyvə- tərəvəzlərin yuyulması nəticəsində də yarana bilər.
Həkim bəzi simptomları açıqlayıb:
Yeməkdən sonra aclıq hissi.
Bağırsaq paraziti olan insanlar yemək yedikdən sonra da aclıq hiss edə bilərlər, çünki parazitlər qida maddələri ilə qidalana bilirlər.
Həzm problemləri və kilo itkisi.
Parazitlər bağırsaqları zədələyə bilər ki, bu da qidanın həzmində və udulmasında problemlər yaradır. Nəticədə, ishal, qarın ağrısı və qida çatışmazlığı ilə yarana bilər.
Qaşınma.
Parazitlər yumurtalarını anus ətrafında qoyur, bu da qaşınma yaradır və təkrar infeksiya şansını artırır. Digər parazitlər allergik reaksiyalara, ekzema kimi dəri problemlərinə səbəb ola bilər.
Anemiya
Qanazlığına parazitlər bir neçə yolla səbəb ola bilər. Məsələn, saçaq qurdlar nazik bağırsağın selikli qişasına yapışıb, ordan qanı sorur, nəticədə qan itkisinə və səbəb olur.(medicina)