sehiyye.info

Bir ayda 9 nəfər zəhərlənmədən dünyasını dəyişib VIDEO

Bir ayda 9 nəfər zəhərlənmədən dünyasını dəyişib VIDEO
Azərbaycanda ötən ay 9 nəfər zəhərlənmədən dünyasını dəyişib.

Sehiyye.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

O deyib ki, tibb müəsissəsinə zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib. Onlardan 119-u toksikologiya şöbəsinə yerləşdirilib.

Şöbə müdiri deyir ki, ötən illə müqayisədə bu il mövsümi meyvələrdən zəhərlənməyə az rast gəlinib. Buna rəğmən, həkim vətəndaşları diqqətli olmağa çağırıb.

Həkim tövsiyə edib ki, bazardan alındıqdan sonra çiyələk bir müddət suda saxlanılmalıdır. Sonra istifadə olunmalıdır. Qida qəbulundan sonra özündə narahatlıq hiss edən şəxslər həkim məsləhəti olmadan dərman qəbul etməməlidirlər.//Xezerxeber



REKLAM