sehiyye.info

Dünyanı belə aldadırlar: xəstəliklərə çarə axtarırıq deyib, bioloji silah yaradırlar

Dünyanı belə aldadırlar: xəstəliklərə çarə axtarırıq deyib, bioloji silah yaradırlar
Washington Post"un yazdığına görə, 2009-cu ildən bəri ABŞ bütün dünyada virusların axtarışı üçün 400 milyon dollardan çox vəsait xərcləyib.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, bu səylər təhlükəli xəstəliklərə çarə tapmaq məqsədi daşıyır. Üstəlik ABŞ prezident administrasiyası ilkin olaraq Afrika, Asiya və Latın Amerikasında bu tədqiqatları dəstəkləyib.

Lakin 2021-ci ilin dekabrında Milli Təhlükəsizlik Şurası və Elm və Texnologiya Siyasəti İdarəsinin rəsmiləri 100 milyon dollarlıq proqramlardan birinə son qoyulmasını tələb edib. Bu proqram heyvanlardan insanlara xəstəliklərin ötürülməsi təhlükəsini və pandemiyanın yayılmasının qarşısının alınmasını təhlil etməli idi.

Ağ Evin tövsiyəsi, qismən bəzi əcnəbilərin məlumatlardan bioloji silah yaratmaq üçün istifadə edə biləcəyi ehtimalına dair gizli xəbərdarlıqlara əsaslanırdı. Bu şəxslər Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Paueri inandırmağa çalışıblar, lakin tələbə məhəl qoyulmayıb. Odur ki, USAİD hələ də dəhşətli viruslar üzrə tədqiqatları maliyyələşdirir.

"Yəni amerikalılar beynəlxalq ictimaiyyətin fikrinə məhəl qoymadan, bütün dünyada bioloji silahların yaradılması üzərində işləməyə davam edir", - "Аргументы недели" yazıb.

Məlumat üçün bildirək ki, keçən ay da ABŞ Rusiyanı bioloji silahların hazırlanmasında ittiham etmişdi.

“Birləşmiş Ştatlar hesab edir ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir”, - xarici siyasət idarəsinin nümayəndəsi Ned Prays qeyd etmişdi.//publika



REKLAM