Mixək yaşlı insanların qan damarları üçün faydalıdır

Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar sayəsində mıxək yaşlı nəslin sağlamlığına yaxşı təsir edir.
“MedikForum” saytı yazır ki, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyovanın sözlərinə görə, mıxək damarların möhkəmləndirilməsi üçün faydalıdır: “O yaşlı nəsildə damar divarının və hüceyrə membranlarının bütövlüyünü qoruyub saxlayır. Bu ədviyyatın istehlakı iltihab əleyhinə təsirə malikdir”.
Mıxək təkcə sərbəst radikallara deyil, həm də orqanizmdə iltihaba səbəb ola biləcək digər amillərə qarşı da müqavimət göstərir.
M.Korolyova bəzən mıxəyin allergik simptomların yaranmasına səbəb olmasına diqqət yetirib. Mütəxəssis əlavə edib ki, bu cür ədviyyatlar heç də bütün insanların nəticəsiz istifadə edə biləcəyi universal məhsul deyil.