Meymunçiçəyindən ölənlərin sayı məlum oldu
2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə yoluxanların sayı 86,4 mini keçib, 111 nəfər həlak olub.
Bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“2022-ci il yanvarın 1-dən 2023-cü il martın 13-dək ÜST-ə 110 ölkədən 86 496 təsdiqlənmiş yoluxma və 111 ölüm barədə məlumat verilib”, - təşkilatın bülletenində deyilir.
Bildirilir ki, 2022-ci ilin əvvəlindən bəri ən çox yoluxma halları ABŞ-də (30 039) qeydə alınıb. Siyahıda ön sıralarda Braziliya (10 878), İspaniya (7 543), Fransa (4 128), Kolumbiya (4 085), Meksika (3 928), Peru (3 774), Böyük Britaniya (3 738), Almaniya (3 692) və Kanada (1,460) yer alıblar.
Qeyd olunub ki, xəstələrin böyük əksəriyyəti (96,4%) 29-41 yaş arası kişilərdir.//oxu.az